“Danışan” eynək yaradılıb
Florida Universitetində təhsil alan amerikalı tələbələrdən ibarət qrup
görmə qabiliyyətindən məhrum olmuş insanlar üçün "Eyetalk" adlanan
unikal eynək hazırlayıblar. Onlar kamera və mətnin tanınmasının xüsusi
alqoritmi vasitəsilə istənilən mətni "oxuya" və daxili qulaqlıqlar
vasitəsilə bütün bunları istifadəçiyə "danışa bilərlər". Qurğu xarici
görünüşünə görə adi günəş eynəyindən fərqlənmir.
"ICTnews.az" elektron xəbər xidməti "pitbit.ru" saytına istinadən bildirir ki, "Eyetalk" eynəyinin konstruksiyasında "USB" port və "Bluetooth" modulunun mövcudluğu nəzərdə tutulub.
Bu, eynəyin proqram təminatının yenilənməsi və ya mətnin birbaşa smartfon və planşetin ekranından oxunması zamanı lazım ola bilər.
Eynəyin qiyməti haqqında məlumat yoxdur. Sözügedən qurğu artıq dünyanın bir sıra şirkətlərinin marağına səbəb olub.

(c) www.ictnews.az
No comments:
Post a Comment