Labels

Sunday, April 28, 2013

«Paypal» nədir ?

«Paypal» nədir və ondan necə istifadə etmək olar?

Dünyada geniş yayılan internet xidmətlərindən biri də «Paypal» sistemidir. Bu sistem internet vasitəsilə daha sürətlə, rahat və təhlükəsiz xidmətlərdən istifadə etmək imkanı yaradır.

«ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, Azərbaycanda da yeni-yeni populyarlaşmağa başlayan «Paypal» sistemi haqqında məlumatlar elə də geniş deyil. Onu nəzərə alaraq oxucularımıza «Paypal» sistemi və ondan istifadə forması ilə bağlı geniş məlumat vermək qərarına gəldik. Əvvəlcə bildirək ki, «Paypal» sistemi elektron-ticarət zamanı istifadəçilərin işini bir xeyli yüngülləşdirir, yəni əsasən alış-veriş zamanı tətbiq olunur. Onun vasitəsilə kredit və ya istənilən növ plastik kartdan istifadə etmədən internetlə alış-veriş və ya uzaqda olan qohumlara, dostlara sadəcə e-mail adresilə pul göndərmək mümkündür.

«Paypal» ilə dünyanın 193-dən çox ölkəsinə pul köçürmək, alış-veriş etmək mümkündür. Həmçinin, internet istifadəçilərinin «ebay online shopping» vasitəsilə bir çox məşhur markaları da əldə etmək imkanı var. «Banker.az»ın ekspertləri bildirir ki, hazırda minlərlə biznesmenlər sözügedən sistemdən istifadə edir. Bu zaman internet istifadəçisi vaxt itkisinə yol vermir və bütün bunlara sadəcə olaraq bir neçə dəqiqə sərf edilir.

Ekspertlərin qənaətincə, hazırda bir çox insanlar üçün sayt vasitəsilə alış-veriş etmək və ya pul köçürmək çox qəliz görünür. Lakin bu, heç də çətin deyil. «Paypal» xidmətlərindən istifadə etmək üçün ilk növbədə istifadəçi saytda qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçmək üçün isə bir sıra tələblərə əməl edilməlidir. Şəxs ilk növbədə «sign up» keçidinə daxil olmalıdır. Bu zaman «İndividual və Business» bölməsi açılaçaq. Əgər şəxs şirkətin, firmanın adından alış-veriş etmək istəsə, «Business» bölməsinə, yox, əgər sadəcə olaraq saytdan istifadə etmək istəyirsə, fiziki şəxsdirsə, «İndividual» bölməsindən «open an account» keçidinə daxil olmalıdır. Bu məqamda «İndividual» bölməsinə daxil olduqda şəxsdən sadəcə özü haqqında informasiyalar tələb edilirsə, «Business» bölməsində şirkət barəsində informasiyaları tələb olunacaq. Bundan sonra isə istifadəçi adını, soyadını, e-mailini, ünvanını və s. məlumatları uyğun bölmələrə qeyd etməlidir. Onu da bildirək ki, qeydiyyat zamanı diqqətli və konkret cavablar yazmaq məsləhət görülür. Əks halda qeydiyyatdan keçməkdə problemlər yaşana bilər. Uyğun olan bölmələrə düzgün məlumatlar qeyd edildikdən sonra istifadəçidən kredit kartının kodu tələb olunacaq. Şəxs kodu daxil etdikdən sonra saytın üzvü olacaq və bununla da istədiyi əməliyyatları həyata keçirə biləcək.

Qeydiyyatdan keçmə təsdiq olunduqdan sonra 24 saat ərzində istifadəçinin kartından 1,95 ABŞ dolları çıxılacaq. İstifadəçi hesabından istifadə etdiyi zaman ona ilk dəfə üçün limit olaraq 100 dollar təqdim olunacaqdır. Hesabı inkişaf etdirdikdən sonra istifadəçinin limiti artacaq. Hesabı inkişaf etdirmək və limiti artırmaq üçün kartın bütün informasiyaları dəqiq olmalıdır.

Bu sistemdən istifadə edə bilmək üçün ilk növbədə istifadəçinin təbii ki, kredit kartı olmalıdır. Şəxs «Paypal» hesabında olan pulu istənilən vaxt karta köçürə bilər. Hazırda «Paypal» hesabında olan pulu karta köçürmək üçün şəxs, bu sistem ilə əməkdaşlıq edən banklardan "Unibank", "Bank Standard", "Bank of Baku", "Bank Respublika" kimi bir neçə bankın kartlarından istifadə edə bilər.

(c) www.ictnews.az

===================================================================
Saytımızı müsabiqədə dəstəkləmək istəyənlər öz fikirlərini bildirsinlər.Qalib olmağımız Sizdən aslıdır !
www.musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11 
 

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru