Labels

Thursday, April 11, 2013

Tezliklə “USB 4.0”

Tezliklə “USB 4.0” istifadəyə veriləcək

 “Intel” korporasiyası “Thunderbolt” interfeysinin yeni versiyasını təqdim etdikdən sonra “USB Implementers Forum”un nümayəndələri müasir elektronikada aktiv şəkildə istifadə edilən “USB” texnologiyasının yeni versiyası haqqında məlumatlarını yayıblar.

“USB” texnologiyasının yaradıcıları söz veriblər ki, sözügedən texnologiyanın yeni versiyası indiki versiya ilə müqayisədə 2 dəfə daha çox məlumat mübadiləsi həyata keçirməyə imkan verəcək. “ICTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “USB”-nin sonrakı versiyası kompüter və periferiya qurğusu arasında informasiyanı 10 Qbit/san sürətlə ötürməyə imkan verəcək.

Xatırladaq ki, “USB 3.0” versiyası verilənləri 5 Qbit/san sürətlə ötürməyə imkan verir. “USB Implementers Forum”dan verilən məlumata əsasən, 10 Qbit/san-lik “USB” texnologiyası ilə kompüterdəki HD formatında videonu xarici sərt disklərə ötürmək bir neçə saniyə məsələsidir.

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru