Labels

Saturday, April 13, 2013

Ən təhlükəsiz axtarış sistemi

Ən təhlükəsiz axtarış sistemi məlum olub

Almaniyanın "AV-TEST" şirkətinin 18 aylıq araşdırmasının yekununa əsasən, "Microsoft" korporasiyasına məxsus "Bing" axtarış sisteminin nəticələrində "Google" ilə müqayisədə zərərli koda malik saytlara istinad 5 dəfə daha çoxdur.

"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, araşdırma 7 müxtəlif axtarış sistemini əhatə edib və təxminən 40 milyon istinad araşdırılıb. 5 min saytda virus olduğu aşkarlanıb. "Google" ən təhlükəsiz axtarış sistemi olub: zərərli proqram təminatına 272 istinad aşkar edilib.

"Bing" axtarış sistemi ikinci olub; 1258 istinad aşkar olunub. "Yandeks"də bu göstərici 3330 olub.

2 comments:

  1. İKL BAXIŞDA ŞƏKİL BİR AZ MƏNİ ÇAŞDIRDI.. BİR AN ELE BİLDİM Kİ. TEHLÜKƏSİZ AXTASIŞ SİSTEMİ "Bing" olub..amma axıra qeder oxuyanada aydın oldu ki, tehlükəsiz "google" olub.. mence şekili deyişib "Google" nin şeklini qoysanız daha məntiqə uyğun olardı...

    ReplyDelete

 
Рейтинг@Mail.ru