İnternet-bankinqin inkişafı ilə online təhlükəsizlik məsələləri daha da aktuallaşır.
İnternet-bankinqin
inkişafı ilə online təhlükəsizlik məsələləri daha da aktuallaşır. Və bu
təhlükəsizliyin təmin edilməsinə təkcə banklar yox, həm də
istifadəçilərin özləri qüvvə sərf etməlidir.
Təhlükəsizliyin təmin edilməsinin ən
mühüm aspektlərindən biri – parollar, həmçinin onları daha etibarlı
etmək haqqında DailyFinance-ın müxbiri Ron Diker danışır.
Əgər siz hesab edirsiniz ki, uğurlu
parol –ananızın adı üstəgəl birinci avtomobilinizin markasıdırsa, -
biliklərinizi yeniləməyin vaxtı çatıb. Xakerlər artıq Fox News və Apple
saytlarına hücum etmiş, hətta Beynəlxalq Valyuta fonduna və Gmail.com
poçt servisinə çatmışlar. Belə bir şəraitdə sizi düşünməyə tənbəllik
etdiyiniz parol necə xilas edə bilər?
Etibarlı (həm də yadda qalan) parollar
tərtib etməkdə tövsiyələri ilə Mc Afee şirkətinin təhlükəsizlik üzrə
mütəxəssisi Robert Sisiliano bölüşür.
Yuxarı və aşağı registrlərdə hərflərdən,
rəqəmlərdən və simvollardan ibarət kombinasiyalardan istifadə edin. Bu o
qədər də çətin deyil. Məsələn, əgər iamhappytobe29
(mənxoşbəxtəmki29yaşımvar) parolundan istifadə etmək istəyirsizsə, mən
sözünü (i) birinci, xoşbəxt (happy) sözünün əvəvzinə gülüş smayliki : )
qoyun. Sonra malik olmaq (to) sözündə to-nu ona uyğun ixtisar edib 2
yazın, be-mii isə eşitdiyiniz kimi b hərfi ilə əvəz edin. Beləliklə,
yeni parol belə olacaq: İam: )2b29. bu şəxsi imza olub sındırılmağa o
qədər də sadə deyil.
Hər bir akkaunt üçün müxtəlif
simvollardan istifadə edin. Siviliano əmin edir ki, bu çətin deyil.
Sadəcə akkauntun məqsədindən asılı olaraq, parolun əsas sözünə yeni söz
əlavə edin. Məsələn, bank akkauntu üçün bank sözünü əlavə edirik – İamI:
)29bank, Aol.com-da aol əlavə edirik və İam: 029aol alınır və s.
Sevdiyiniz güllərin adı, heyvan adları,
11111 və bu kimi parollardan istifadə etməyin. Xakerlər artıq öz şəxsi
“lüğət”lərini işləyib hazırlamışlar ki, burada müxtəlif adlardan və
rəqəm ardıcıllıqlarından ibarət məlumat bazası toplanmışdır. Yenə də hər
hansı yayılmış addan istifadə edirsinizsə, onun davamına nə isə əlavə
edin ki, sındırılma ehtimalı bir qədər azalsın. Məsələn, siz
istirahətdəsiniz. Qaldığınız şəhərin adı Positianodur. Bunun üçün
Positiano123 sadəcə Positianodan daha etibarlı paroldur.
Sizi müşahidə edirlər. Əlbəttə, çox
təşvişə düşmək lazım deyil, lakin yenə də olsun, sizi həqiqətən
izləyirlər. Xakerlər daim Facebooku və digər sosial şəbəkələri
öyrənirlər. Onlar sizin parolu sındırmaq üçün sizin haqqınızda olan
bütün informasiyaları öyrənirlər.
Bu yaxınlarda xakerlərdən biri Amerika
siyasətçisi Sara Peylinin Yahoo!dakı poçt qutusunu sındırmışdı. O,
Peylinin təvəllüdündən, poçt indeksindən və yoxlama suala həyat yoldaşı
ilə harada tanış olduğu yerin adını yazmaqla, akkauntu sındıra bilmişdi.
Nəticədə onun poçtunda olan bütün informasiya internet ictimaiyyəti
üçün yetərli olmuşdu.
Sisilianonun sözlərinə görə, xakerlər hər şeylə maraqlanır, ixtiraçıdırlar və tapmacaları həll etməyi sevirlər.
Fişinqə münasibətdə diqqətli olun.
Fişinq (ingiliscə phishing) – istifadəçinin adətən məktublar aldığı hər
hansı təşkilatdan daxil olan məktub kimi görünən elektron məktubların
köməyi ilə şəxsi məlumatların götürülməsidir. Bu, dələduzluğun ən
təhlükəli növüdür, belə ki, xakerlər potensial qurbanlarının onlayn
həyat tərzini öyrəndikdən sonra məktubu olduqca həqiqiyə oxşar
hazırlayırlar. Əgər sizdən elektron poçt vasitəsilə şəxsi
məlumatlarınızı verməyi xahiş edirlərsə, məktubun mənbəyinin
legitimliyini yəqin edin. Və məktubu öndərəni tanımırsınızsa, heç vaxt
bu məktublardakı istinadları tıklamayın. “Beləliklə, siz Pandoranın
yeşiyini aça bilərsiniz. Siz öz şəxsi məlumatlarınızı pis oğlanlara
verər və ya kompüterə casus virusu buraxa bilərsiniz” – deyə Sisiliano
izah edir. Hər yarım ildən bir parolunuzu dəyişin. əgər sizin 15-dən
artıq akkauntunuz varsa, parolların işlənib hazırlanması üçün xüsusi
Roboform və ya Last Pass proqramlarından istifasdə edə bilərsiz.
Online mühafizəsi sizin kompüterin
mühafizəsindən başlanır. Mütləq şəxsi kompüterinizə antivirus proqramı
yükləyin. “Sizin çox etibarlı parolunuz ola bilər. Lakin əgər sizin
kompüterə hər hansı virus daxil olmuşsa, bunun heç bir əhəmiyyəti
olmayacaq. Sizin şəxsi kompüter qorunmalıdır, əks halda bütün qalan
tədbirlər əbəsdir”, - deyə Sisiliano yekunlaşdırır.
(c) www.banker.az
No comments:
Post a Comment