Salam.Bu dərsimizdə Excel VBA ilə Hesablayıcı proqramı tərtib edəcəyik.
Bunun üçün Excel proqramından ALT F11 qısa yolu ilə VBA bölməsinə keçirik. İNSERT->USERFORM menusunun köməyi ilə 1 ədə form aktiv edirik və proqramımızı bunun üzərində quracağıq.Bunun üçün Toolbox alətlər panelindən forma 3 ədəd Label, 3 ədəd TextBox ,4 ədəd OptionButton və 1 ədəd CommandButton əlavə edirik.(Şəkil üzrə hər birin rənglərlə ayırd etmişəm-eyni rəngli olanlara diqqət edin )
Proqramımızın tərtibat hissəsi hazırdı indi isə kod hissəsinə keçək.Bunun üçün CommandButton(Hesabla adlı Buttona) 2 dəfə klik edib kod hissəsinə keçirik və aşağıdakı kodları yazırıq.
Option Explicit
Private Sub CommandButton1_Click()
Dim say1, say2, netice As Double
say1 = Val(TextBox1.Text)
say2 = Val(TextBox2.Text)
If OptionButton1 = True Then netice = say1 + say2
If OptionButton2 = True Then netice = say1 - say2
If OptionButton3 = True Then netice = say1 * say2
If OptionButton4 = True Then netice = say1 / say2
TextBox3.Text = Str(netice)
End Sub
Kodlarımızı yazdıqdan sonra F5 düyməsini klikləyirik və proqramımız icra olunmağa başlayır.
Növbəti dərslərədək.Diqqətinizə görə minnətdaram.
===================================================================
Saytımızı müsabiqədə dəstəkləmək istəyənlər öz fikirlərini bildirsinlər.Qalib olmağımız Sizdən aslıdır !
www.musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11
Çox əla, uğurlar !
ReplyDeleteTesekkurler Etibar muellim.Sizlerde ugurlar
ReplyDeleteƏladir. Bəs yaranmış bu VBA daki proqramı musteqil işlətmək olarmı ? Yeni Exseli acmadan
ReplyDeleteSalam.Xeyr bu Excelin daxilinde yazildigi ucun mumkun deyil.Diger Programlawdirma dilinde ama serbest formada acilir (C#,vb.net,Delphi,Java ves.)
ReplyDelete