Labels

Sunday, April 7, 2013

Google haqqında bilmədiklərimiz

Hər şey necə başladı....

Google- bir qrup təşəbbüskar tərəfindən yaradılmış axtarış sistemidir, bu artıq bu gün heç kəs üçün sirr deyil. Bəs hansısa başqa təşəbbüskarlar bu uğuru nə vaxtsa təkrarlaya biləcəklərmi? Bu çox maraqlı sualdır, amma ona tam qətiyyətlə və ətraflı cavab vermək üçün bu təşəbbüsün Google -adlı bəhrəsi ilə daha yaxından tanış olmaq lazımdır.
Bu axtarış sisteminin inkişaf tarixi öz başlanğıcını 1996-cı ilin əvvəlindən götürür, baxmayaraq ki, rəsmi şəkildə Google fəaliyyətə yalnız 1998-ci ilin payızında başlamışdır. Google-un yaradıcıları, bir az ondan əvvəl yaradılmış Yandeksdən əlbəttə ki, geri qalırdılar, lakin onlar çox tez bir zamanda hər şeyi bərpa edə bildilər. Stenford universitetinin korpusunda 1996-cı ilin əvvəlindən etibarən müasir Google-un prototipi işə başladı, bu universitet daxili şəbəkənin inkişafı üçün lazım idi, əsas məqsəd yüz illər boyu yığılmış informasiyaya tələbələrin daha rahat və sürətli çıxışın təmin etmək idi.

Hər şey necə başladı

Elə həmin dövrdə də Stenford universitetində Serqey Brin və onun yoldaşı Larri Peyc təhsil alırdı. Mahiyyət etibarı ilə elə bu iki gənc oğlan Google-un əsasını qoymuşdu. Onların hər ikisi 1973-cü il təvəllüdlü idi və hər ikisi Avropanın məşhur professor ailələrinin yetirməsi sayılırdı, onların ata və anaları riyaziyyatdan dərs deyir və kompüter texnologiyaları ilə məşğul olurdular. Məhz bu amil onların övladlarını da bu yeni, müasir elm sahəsinə maraq göstərməsinə təkan vermişdi.  Serqey Brin və Larri Peyc üçün birinci yerdə həmişə yüksək keyfiyyətli ixtisas təhsili almaq dayanmışdır, bu isə həm hörmətə, həm də rəhbərlik tərəfindən hər cür rəğbətəndirməyə layiq  idi.
Lakin onların mənsubiyyətində cüzi də olsa fərq var idi. Serqey Sovet İttifaqında, daha dəqiq desək isə Moskvada anadan olmuş, lakin çox kiçik yaşlarında valideynləri tərəfindən ABŞ-a gətirilmişdir, bu 1979-cu ildə avropalı sovet ailələrinin emiqrasiyası proqramı çərçivəsində baş tutmuşdur. Larri isə elə dünyaya Amerikada göz açmış və necə deyirlər 100%-li amerikan olmuşdur, amma əslinə qalsa bunun elə də bir önəmi yoxdur, çünki Serqey ABŞ-a gələndə onun cəmi 6 yaşı var idi. Buna rəğmən o indi də rus dilində çox gözəl danışır, buna əmin olmaq üçün onun NTV(НТВ) kanalı üçün verdiyi müsahibəyə Youtube-da baxmaq kifayət edir.
Larri Peyc və Serqey Brin hələ Stenfordda aspirant olduqları vaxt, külli miqdara strukturlaşdırlmamış informasiya massivində axtarış ilə bağlı mövzunu araşdırırdılar. Əvvəlcə, yəni başlanğıcda sayt ən çox tələb olunan məhsulların müəyyən edilməsi ilə məşğul olmalı idi. Sonradan isə planlar dəyişdi. İnternet vasitəsi ilə axtarış məsələsi Google yaradıcılarının düz vaxtında əlinə düşmüşdü.

Renkinq sisteminin yaranması

Həmin dövrdə mövcud olan axtarış saytları praktiki olaraq öz vəzifələrinin öhdəsindən gələ bilmədi. Istifadəçi öz sorğusunun cavabında axtarış əməliyyatının nəticəsi kimi çox aşağı korrelyasiyası olan  məlumat əldə edirdi. Məsələ ondadır ki, həmin dövrdə sənədlərin renkinqi (səhifələrin reytinqlənməsi) və relevantlığın müəyyən edilməsi zamanı başlıca faktor kimi sorğuya daxil edilən sözün həmin mətndə işlənmə tezliyi (yəni sözün mətndə təkrarlanması) əsas götürülürdü. Bu isə istifadəçilər mənafeyinə o qədər də, bəzən isə ümumiyyətlə  uyğun gəlmirdi və onların tələblərinə cavab verə bilmirdi.  
Beləliklə, sadəcə açar sözlərin istifadə tezliyini artırmaq kifayətdir ki, seçim meyarları çox asanlıqla veb administratorun qurduğu tələnin təsirinə məruz qalsın. Təsəvvür edə bilərsiniz, artıq neçə ildir ki mətn spamı deyilən məhfum mövcuddur. Yalnız indi, axtarış sistemləri ciddi şəkildə bu məsələnin üstünə düşüb, onlar spam ilə mübarizə aparmaq və onun kökünü kəsməyə çalışır. Çünki indi də səhifələrin renkinqi zamanı açar sözlərin mətnə ya tam, ya da qismən daxil edilməsində tezliyinin əhəmiyyətini nəzərə çarpacaq qədər aşağı salan çox saylı faktorlar meydan çıxmışdır.
Larri Peyc hələ uşaqlıqdan tez-tez yüksək səviyyəli elmi təbəqələrin görüşlərində iştirak edən valideynlərinin timsalında başa düşmüşdü ki, istənilən bir alimin uğuru ona istinad edən elmi işlərin sayından asılıdır və vacib deyil, o alım əsərin ilkin müəllifdir, ilkin mənbədir və ya sadəcə nüfuzlu bir mütəxəssisdir. Ona nə qədər çox istinad etsələr, həmin alimin avtoriteti bir o qədər çox olar.
Indi siz soruşacaqsınız ki, bəs bu deyilənlərin Google-a nə aidiyyəti var? Bütün məsələ ondadır ki, Larri Peycdə renkinq sistemini internet-axtarışı dünyasına gətirmək ideyası meydana gəldi. O ayrı-ayrı sənədləri alimlər ilə assosiasiya edirdi, qeyd etmək lazımdır ki, ayrı-ayrı veb səhifələrə istinadlar artıq dünya hörümçək torunun kəşfi zamanı (world wide web (WWW) yaranmışdı, bu ixtira Tim Bernson-Li tərəfindən 1989-cu ildə edilmişdi. Yeri gəlmişkən, məhz o cəmi bir neçə il sonra bu gün də olduqca populyar olan html dilini tərtib edərək hazırlamışdı.
Beləliklə, yeni sistem sınaq mərhələsinə qədəm qoymuşdur və bütün bunların nəticəsi olaraq, hal-hazırda da bir sıra axtarış sistemlərini hesablaşmaq məcburiyyətində qaldığı, Page Rank və ya Google Page Rank adı ilə tanınan məşhur renkinq faktoru meydana çıxmışdır.
Bu mürəkkəb termindir. Rank-tam ya da hissəli renkinq edilmə anlamına gəlir, Page- sözü isə gah bu parametrin Larri Peyc tərəfindən düşünülməsinə işarə kimi qəbul edilir, ya da veb səhifə sözünün ingilis yazı variantına eyham edildiyi söylənilir.  Hər iki variantı ağlabatan hesab etmək olar, onların ikisinin də yaşamaq hüquqları bərabərdir, amma çox güman ki, yaradıcının soy adının bu məsələyə aidiyyəti yoxdur. Çünki həqiqətən də söhbət Larri Peycdən deyil, məhz səhifədən gedir.
Page Rank sistemi axtarış prosesinin keyfiyyət səviyyəsini və gələcək axtarış saytının nəticələrinin relevantlığının demək olar ki, əlçatmaz bir həddə yüksəlməsinə səbəb oldu və bununla da sözün həqiqi mənasında bir inqilaba imza atmış oldu. Həmçinin də Page Rank sənədlərin gələcəkdə renkinq olunması zamanı nəinki bu və ya digər istinadların sayını, həm də onların keyfiyyətini nəzərə alırdı.

Google adı necə yarandı

Keyfiyyət isə öz növbəsində, bir başa olaraq donor səhifəyə daxil olan hiper-istinadların sayından asılı olurdu. Donor istinadın öz başlanğıcını götürdü səhifə, akseptor isə istinadın çatdırıldığı səhifədir. Bu isə o deməkdir ki, internetdə səhifənin statik çəkisi deyilən bir anlayış meydana gəlir ki, indi məhz bu çəkiyə müvafiq olaraq adətən istinadın nisbi keyfiyyəti müəyyən olunur. Bütün bunlar Google-da cəmi bir neçə keçid ərzində öz həllini tapmışdı.
Nəticədə Peyc və Brinin ixtirası Stenfordda təhsil alan bütün tələbə kontingentinin işinə yarayır və onlar üçün axtarış vasitəsi qismində çıxış edir. İlk dəfə axtarış sistemi daha böyük kütlənin ixtiyarına 1997-ci ildə Google.Stanford.edu saytının səhifəsində verilir. Stenford Google-dan olan Page Rank texnologiyaları ilə bağlı lisenziya almaq üçün müraciət edir və bütün bununla da internet-nəhənginin bugünkü inkişaf tarixinin başlanğıcını qoyur.
Əvvəlcə bu axtarış saytını GooglePlex adlandırmaq təklif olunmuşdu, bu isə 10 üstü 100 deməkdir, yəni 1-dən sonra 100 dənə sıfır olan rəqəm, amma çox uzun olduğu üçün onlar sözü qısaltmaq qərarına gəldilər və nəhayət Google variantının üstündə dayandılar.  Onlar bu rəqəmlə gələcəkdə axtarış sayları içərisində liderlik edəcək Google-un möhtəşəm indeks bazasının nə qədər nəhəng olacağına işarə etmək istəyirdi. 


(c) www.banker.az

No comments:

Post a Comment

 
Рейтинг@Mail.ru