Salam.Bu dərsimizdə Excel VBA-da Tarixi,Mətni və Məntiqi ifadələr bölməsin öyrənəcəyik.
Tarixi ifadələr:
Qiyməti tarix tipi olan ifadələrə tarixi ifadələr deyilir.
Bu ifadələrdə ədədi və tarixi tipli verilənlər: tarixlər, zamanlar, ədədlər, dəyişənlər, sabitlər,
funksiyalar istifadə oluna bilər. Hesabi olduğu kimi tarixi ifadələrdə də hesabi
operatorlar/operandlar istifadə oluna bilər.
Mətni ifadələr :
Qiyməti mətn tipi olan ifadələrə mətni ifadələr deyilir.
Bu ifadələrdə String tipli dəyişənlər, sabitlər, funksiyalardan istifadə oluna bilər. Mətni
ifadələrdə konketasiya operatoru/operandından (&) istifadə olunur. Bu operand mətni ifadəyə bəzi
hesabi ifadələri əlavə etmək imkan verir. Bu zaman hesabi ifadələr mətni tipə çevrilir.Exceli açırıq və ALT F11 ilə VBA bölməsinə daxil oluruq.Məsələn :
Sub metni_ifade()
Dim s, a, b, c As String
Dim n As Integer, m As Double, dat As Date
s = "Metni ifadeler: "
a = ") a deyisheni metni tipdir; "
b = ") b deyisheni metni tipdir; "
c = "Siralamada ededi tip, avtomatik olaraq metni tipe chevrildi!!! "
n = 1
m = 1.2
dat = Now
MsgBox (s & n & a & m & b & c & dat)
End Sub
Dim s, a, b, c As String
Dim n As Integer, m As Double, dat As Date
s = "Metni ifadeler: "
a = ") a deyisheni metni tipdir; "
b = ") b deyisheni metni tipdir; "
c = "Siralamada ededi tip, avtomatik olaraq metni tipe chevrildi!!! "
n = 1
m = 1.2
dat = Now
MsgBox (s & n & a & m & b & c & dat)
End Sub
Kodumuzu yazdıqdan sonra F5 ilə əmri icra edirik.
Mənntiqi ifadələr
Qiyməti məntiq tipi olan ifadələrə məntiqi tipli ifadələr deyilir.
Bu ifadələrdə müxtəlif tipli verilənlər, funksiyalar istifadə oluna bilər. Yalnız 2 qiymət ala
bilər: True və False.
Diqqətinizə görə minnətdaram..
===================================================================
Saytımızı müsabiqədə dəstəkləmək istəyənlər öz fikirlərini bildirsinlər.Qalib olmağımız Sizdən aslıdır !
www.musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11
Saytımızı müsabiqədə dəstəkləmək istəyənlər öz fikirlərini bildirsinlər.Qalib olmağımız Sizdən aslıdır !
www.musabiqe.edu.az/index.php?option=com_mtree&task=viewlink&link_id=4097&Itemid=11
No comments:
Post a Comment